Erməni məşqçi azərbaycanlı futbolçunu təriflədi

Erməni məşqçi azərbaycanlı futbolçunu təriflədi
Oxunma sayı: 1904

“Anji” klubunun sabiq baş məşqçisi Aleksandr Qriqoryan “Spartak”da çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev barəsində danışıb. “Qafqazinfo” xəbər verir ki, vaxtilə Moskvanın “Spartak-2” komandasında da çalışmış erməni mütəxəssis futbolçunu tərifləyib:

“Ayaz tam unikal oyunçudur. O, cinah və hücumameyilli yarımmüdafiəçi kimi çıxış edə bilir. Çox sürətlidir və iki ayaqla qapıya zərbə vura bilir. Potensialına şübhə etməməliyik. Rusiya çempionatında ona bərabər olan yerli oyunçu yoxdur. Bu futbolçuya xüsusi yanaşma lazımdır”.

Qeyd edək ki, Ayaz intizamsız hərəkətlərinə görə əvəzedici heyətə göndərilib. O, cari mövsüm “Spartak”ın heyətində 11 oyun keçirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi