“Qafqazinfo”nun məlumatına görə, nəşriyyatın bu kitablar seriyasına verdiyi müqəddimədə deyilir ki, 2015-ci ildə Osmanlı Türkiyəsində uydurma “erməni soyqırımı”nın 100 ili tamam olur.
Müqəddimədə deyilir: “Erməni dövlətinin, habelə əvvəllər də fəallığı ilə fərqlənmiş xaricdəki çoxsaylı erməni diasporunun bütün təbliğat maşını indi Türkiyədə ermənilərin kütləvi surətdə məhv edilməsi “faktına” hüquqi status verilməsinə, bu “faktın” bütün dünya ictimaiyyətinin şüurunda qanuniləşdirilməsinə yönəldilib”.
“Erməni könüllü dəstələri” kitabında ermənilərin soyqırımı iddialarının faktlarla təsdiqlənmədiyini göstərən onlarla dəlil və sənəd toplanıb. Bu sənədlərlə tanışlıq tamamilə başqa təsəvvür yaradır. Van və Ərzurum əyalətlərində Rusiyanın baş konsulu olmuş diplomat V.Mayevski öz idarəsinə belə bir məlumat vermişdi: “Türkiyənin müxtəlif şəhərlərində ermənilərlə müsəlmanlar arasında toqquşmalar barədə şəxsən mənə məlum olan faktlar belə bir fikir yaradır ki, hər yerdə qanlı hadisələr ermənilərin özlərinin təşəbbüsü ilə törədilib”. Həmin V.Mayevski yazırdı ki, “ermənilərin soyqırımı iddiaları düşünülmüş mifik uydurmalar toplusundan başqa bir şey deyildir”.
Analoji kitabların nəşri davam etdirilir. Ümidvarıq ki, bu kitablar sayəsində erməni yalanı tamamilə ifşa olunacaq və ermənilərin onilliklər boyunca asanlıqla və məqsədyönlü şəkildə çaşbaş saldıqları dünya birliyi “erməni məsələsi”ni birdəfəlik bağlayacaq.
Son xəbərlər
Son Xəbərlər