Ermənistan nümayəndə heyəti AŞPA-da məyus oldu

ermenistan-numayende-heyeti-aspa-da-meyus-oldu
Oxunma sayı: 1548

Ermənistan nümayəndə heyətinin AŞPA-dakı təklifləri rədd edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Hayko Maas sessiyada çıxış edən AŞPA-dakı Ermənistan nümayəndə heyətinin rəhbəri Ruben Rubinyanın sualını cavablandırarkən Qarabağ müharibəsində Azərbaycan tərəfindən xarici muzdluların döyüşməsinə dair iddia haqda dəlil olmadığını bildirib.

Bundan əlavə, Avropa Şurası Parlament Assambleyasının Bürosu 10 noyabrdan sonra əsir götürülən erməni diversantların Azərbaycandan geri qaytarılması məsələsini də müzakirə etməyib.