Ermənistanda ehtiyatda olan hərbçi təlimdə öldü - Yenilənib

ermenistanda-ehtiyatda-olan-herbci-telimde-oldu
Oxunma sayı: 1430

Ermənistanda döyüş mövqelərinin birində ehtiyatda olan hərbçi ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

İlkin məlumatlara əsasən, 1978-ci il təvəllüdlü serjant Mkrtiç Ovakimyan döyüş xidmətinin təşkili qaydalarını pozub və odlu silahdan ölümcül yara alıb. 

Hazırda məsələ ilə bağlı istintaq aparılır.

***

Ermənistanda döyüş mövqelərindən birində ehtiyatda olan hərbçinin ölməsinin yeni təfərrüatları bəlli olub.

“Shamshyan” saytının məlumatına görə, Mkrtiç Ovakimyanın ölməsində və həmçinin hərbi toplanışa cəlb olunmuş digər bir nəfərin yaralanmasında təqsirli bilinən bir nəfər təyin edilib.

Qeyd edək ki, Ermənistanda avqustun 25-dən etibarən ehtiyatda olan hərbçilərin hazırlığı üçün üç aylıq hərbi-təlim toplanışları keçirilir. Toplanış iştirakçıları sentyabrın 10-dan etibarən döyüş mövqelərinə gediblər.