Ermənistanda müxalifət rəhbəri saxlanıldı - Foto

ermenistanda-muxalifet-rehberi-saxlanildi
Oxunma sayı: 5734

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan saxlanılıb.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, o, Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan ölkədə 17 müxalif siyasi qüvvənin mitinqi başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib:

“Hakimiyyət qorxu və əskiklik kompleksini aradan qaldırmaq əvəzinə bir daha Tsarukyanı tutur. Hamı yaxşı başa düşür ki, bu sənədin imzalanmasından sonra (Qarabağla bağlı üçtərəfli bəyanat - red.) məsuliyyəti başqalarına yükləməyə çalışır”.

Tonoyan Ermənistan rəhbərliyinin siyasi repressiya yoluna üz tutduğunu qeyd edib.