“Ermənistandakı aksiyalar ölkənin daxili işidir” - Rusiya XİN

ermenistandaki-aksiyalar-olkenin-daxili-isidir
Oxunma sayı: 1220

“Ermənistanda baş verən etiraz aksiyaları bu ölkənin daxili işidir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat departamentinin direktorunun müavini Aleksey Zaytsev deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın sabit, təhlükəsiz və dinc şəkildə inkişafında maraqlıdır.

Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.