Ermənistanın Rusiyadakı səfiri diplomatik missiyasını başa vurdu

ermenistanin-rusiyadaki-sefiri-diplomatik-missiyasini-basa-vurdu
Oxunma sayı: 872

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan Moskvada öz diplomatik missiyasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi feysbuk hesabında paylaşılıb.

V.Toqonyan 2017-ci ildə Ermənistanın Moskvada səfiri təyin olunub. Onu bu vəzifədə ölkənin keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan əvəz edəcək.

Arutyunyanın Ermənistanın Rusiyada yeni səfiri təyin olunması barədə sərəncamı yanvarın 5-i ölkənin yenicə istefa vermiş Prezidenti Armen Sarkisyan imzalayıb.