Əsgərin nəşi neytral ərazidən götürüldü

Əsgərin nəşi neytral ərazidən götürüldü
Oxunma sayı: 2031

Ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi təmas xəttindən götürülüb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, dünən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi