İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkədə baş verən son etiraz aksiyalarına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Ali Rəhbər rəsmi “X” hesabında etirazların dövlət çevrilişinə cəhd xarakteri daşıdığını, lakin bu planın qarşısının alındığını qeyd edib.
Xamenei bildirib ki, iğtişaşlarda məqsəd ölkənin mühüm hakimiyyət mərkəzlərini məhv etmək olub və bu çərçivədə polis məntəqələrinə, SEPAH qərargahlarına, dövlət qurumlarına və banklara hücumlar təşkil edilib.
Bununla belə, İranın Ali Rəhbəri digər paylaşımında bazarlarda başlayan aksiyaların iqtisadi əsaslarının olduğunu etiraf edib. O, tacirlərin irəli sürdüyü arqumentlərin doğru olduğunu, lakin üsyançıların bu dinc etirazlardan istifadə edərək onların arasında gizlənməyə çalışdıqlarını vurğulayıb.
Qeyd edək ki, İranda iqtisadi çətinliklər fonunda başlayan kütləvi aksiyalar son günlərdə sakitləşib.
Son xəbərlər
Son Xəbərlər