Evi yandı, insult keçirdiyi üçün xilas ola bilmədi

evi-yandi-insult-kecirdiyi-ucun-xilas-ola-bilmedi
Oxunma sayı: 963

Martın 26-sı Gəncədə fərdi evlərdən birində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ə.Seyfi küçəsi ev 4 “A” ünvanında qeydə alınıb.

Yanğın zamanı 1959-cu il təvəllüdlü Zaur Tofiq oğlu Məmmədov tüstüdən zəhərlənərək ölüb.

Məlumata görə, həmin şəxs insult keçirdiyi üçün yeriməkdə çətinlik çəkirmiş.