“Expressbank”ın dəstəyilə VI Autizm Festivalı baş tutub - Fotolar

expressbankin-desteyile-vi-autizm-festivali-bas-tutub
Oxunma sayı: 141

“Expressbank” ASC növbəti sosial təşəbbüsə imza atıb.

Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən VI Autizm Festivalında sponsor qismində çıxış edərək inklüziv cəmiyyətə dəstəyini nümayiş etdirib.

Festivalın əsas məqsədi autizm spektrində olan fərdlərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və ictimai maarifləndirməni artırmaq olub.

Tədbir boyu autizm spektrli uşaq və gənclərin müxtəlif əl işləri nümayiş etdirilib, onların yaradıcılıq potensialını və bacarıqlarını ön plana çıxaran müxtəlif fəaliyyətlər həyata keçirilib. Şəhər sakinlərinin və qonaqların böyük maraq göstərdiyi festivalda rəngarəng proqramlar vasitəsilə autizmlə bağlı məlumatlılığın artırılması diqqət mərkəzində saxlanılıb.

“Expressbank” hər bir fərdin cəmiyyətdə bərabərhüquqlu və aktiv iştirakını dəstəkləməklə yanaşı, daha həssas və qayğıkeş mühitin formalaşmasına xidmət edən bu təşəbbüsə qoşulmaqla sosial məsuliyyət sahəsindəki ardıcıl fəaliyyətini növbəti addımı ilə möhkəmləndirib. Bank bu kimi layihələrə dəstək olmağı sadəcə xeyirxahlıq missiyası kimi deyil, həm də gələcək nəsillərə ötürüləcək daha bərabərhüquqlu və inklüziv mühitin təməllərini qoymaq olaraq qiymətləndirir.

Qeyd edək ki, “Expressbank”ın təşəbbüsü ilə aprel ayında “Autizm Maarifləndirmə Aylığı” ilə əlaqədar olaraq Azərbaycan Autizm Assosiasiyasının mütəxəssis heyətinin dəstəyilə bankın əməkdaşları üçün “Autizmli şəxslərlə davranış etikası” mövzusunda təlim keçirilmişdir. Bank bu addımı ilə inklüziv cəmiyyətin qurulmasına töhfə verməyə və autizm spektrində olan fərdlərə qarşı daha həssas yanaşmanın təşviqinə, ilk növbədə, daxildən başladığını ifadə edir.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.

Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.