Eyni gündə iki nəfər intihar edib

eyni-gunde-iki-nefer-intihar-edib
Oxunma sayı: 1997

Aprelin 4-də iki intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisələrdən biri Suraxanı rayonu Hövsan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü A.Abbasov özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.

Oxşar hadisə həmin gün Sumqayıt şəhərində də qeydə alınıb. Şirvan yaşayış massivi ərazisindəki fərdi evdə yaşayan 1996-cı il təvəllüdlü E.Şirəliyev həyətdə özünü asaraq həyatına son qoyub.

Hər iki faktla bağlı araşdırma aparılır.