Trampdan gözlənilməz - Açıqlama

trampdan-gozlenilmez
Oxunma sayı: 496

“İranla danışıqlar çox yaxşı gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Floridaya yola düşməzdən əvvəl Ağ Evin bağçasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ Prezidenti Tehranla təmasların müsbət məcrada davam etdiyini söyləyib.

İrana mesajının nə olduğunu soruşan mətbuat nümayəndələrinə cavab verən Tramp tərəflər arasında bir müddətdir birbaşa danışıqların aparıldığını və prosesin uğurla irəlilədiyini diqqətə çatdırıb.

ABŞ lideri son 6-7 ay ərzində regionda heç bir amerikalı əsgərin həyatını itirmədiyini xüsusi vurğulayıb. Eyni zamanda, qlobal enerji bazarları üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazının neft daşınması üçün açıq saxlanılması istiqamətində İran tərəfi ilə mühüm irəliləyişlərin əldə olunduğu bildirilib.

3 noyabr aralıq seçkilərində Demokratlar partiyasına uduzmalarını da dəyərləndirən Donald Tramp bu nəticəni daxili və xarici iqtisadi amillərlə əlaqələndirib. ABŞ Prezidentinin sözlərinə görə, məğlubiyyətin əsas səbəbləri Yaxın Şərqdəki İran gərginliyi və bunun fonunda ölkə daxilində artan yüksək yaşayış xərcləridir.