“Fənərbaxça” 18 ildən sonra ÇL-ə vəsiqə qazandı

fenerbaxca-18-ilden-sonra-cl-e-vesiqe-qazandi
Oxunma sayı: 3017

Türkiyənin “Fənərbaxça” klubu 18 illik həsrətə son qoyaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Fransanın “Olimpik Lion” klubunu məğlub edərək bu uğura imza atıb.

“Sarı-lacivərdli” komandaya qələbə gətirən qolları 24-cü dəqiqədə Vedat Muriqi və 28-ci dəqiqədə Arçi Braun vurublar. “Lion”un heyətində isə 61-ci dəqiqədə Fofana fərqlənib.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk matç 1:1 hesabı ilə başa çatmışdı.

Xatırladaq ki, “Fənərbaxça” sonuncu dəfə Çempionlar Liqasının qrup mərhələsində 2008-2009-cu illər mövsümündə mübarizə aparıb.