“Fənərbaxça” Azərbaycana gəlmək üçün pul alıb? - “Turan Tovuz”dan açıqlama

fenerbaxca-azerbaycana-gelmek-ucun-pul-alib
Oxunma sayı: 2532

Türkiyəli jurnalist Emre Bol “Fənərbaxça”nın “Turan Tovuz”la yoldaşlıq görüşü üçün pul aldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, İstanbul klubunun hazırda buna ehtiyacı olduğunu bildirib.

“Əvvəlcə, onlara əsəbiləşdim. Dedim ki, Azərbaycanda sizin yoldaşlıq matçında nə işiniz var. Türkiyədə komanda yoxdur? Amma öyrəndim ki, bunun üçün pul alıblar. Ona görə də bir şey demirəm. “Fənərbaxça”nın hazırda hər halda pul qazanmağa ehtiyacı var”, - o bildirib.

Qeyd edək ki, “Turan Tovuz” – “Fənərbaxça” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. Türkiyə nəhənginin bu görüş üçün pul almağına baxmayaraq Bakıdakı matçda qalmaqalla yadda qalıb. Matçda Meyson Qrinvud qırmızı vərəqə aldıqdan sonra Mateo Gounduzi komandanı meydandan çıxarmaq istəyib. Lakin bundan sonra tərəflər arasında danışıq olub və Qrinvudun yerində başqa oyunçu girdikdən sonra onlar meydana qayıdıblar. 

***

“Turan Tovuz”un İdarə Heyətinin üzvü Nəsimi Paşayev bildirib ki, “Fənərbaxça”ya Azərbaycana gəlmək üçün heç bir məbləğ ödənməyib: “Onlara bir manat da pul verməmişik. Ümumiyyətlə, aramızda pul söhbəti qətiyyən olmayıb”.