Bu gün “Turan Tovuz”la Türkiyənin “Fənərbaxça” komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 20:00-da başlayacaq. Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.
Xatırladaq ki, “Turan”la “Fənərbaxça” ilk dəfə 1994-cü ildə o vaxt UEFA kuboku adlanan yarışda üz-üzə gəliblər. İstanbuldakı ilk matç 5:0, Sumqayıtdakı cavab oyunu isə 2:0 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə başa çatıb.
3 oktyabr
20:00. “Turan Tovuz” (Azərbaycan) – “Fənərbaxça” (Türkiyə)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.
***
Matç başladı.
***
İlk hissə bitdi.
***
İkinci hissə başladı.
***
“Fənərbaxça” hesabda önə keçdi. Nqolo Kante 59-cu dəqiqədə hesabı açdı.
***
Çağrı Balta 74-cü dəqiqədə “Fənərbaxça”nın ikinci qolunu vurur.
***
Matç “Fənərbaxça”nın qələbəsi ilə başa çatıb.
























Son xəbərlər
Son Xəbərlər