Ədliyyə naziri vətəndaşları qəbul edəcək

edliyye-naziri-vetendaslari-qebul-edecek
Oxunma sayı: 2349

Ədliyyə naziri Fərid Əhmədov 29 noyabrda Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Tərtər, Ağcabədi, Bərdə və Laçın rayon sakinlərini qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 28 noyabr tarixinədək Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 110, əlaqə telefonu +994 20-205-43-07) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.