"Haqqın.az" saytının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayev də tədbirdə çıxış edərək maraqlı məqamlara toxunub. O deyib ki, Azərbaycandakı dini durumla bağlı məsələlər 10 ildən artıqdır ki, mətbuatda ciddi müzakirə olunur:
"Narahatlıqlar jurnalistlər tərəfindən araşdırılır və bu gün Türkiyədə yaşananlar istisna deyil ki, sabah Azərbaycanda da yaşana bilər. Hələ 2007-ci ildə “Realnıy Azərbaycan” qəzetini çıxararkən hazırda həbsdə olan Milli Məclisin sabiq deputatı Gülər Əhmədova yanıma gələrək parlamentin komitə sədrlərindən birinin Fətullah Gülənlə olan fotosunu mənə göstərdi. Əgər belə faktlar o vaxtdan bəri mövcud olubsa, bununla artıq ciddi şəkildə məşğul olmağın zamanıdır".
Eyni zamanda Eynulla Fətullayev bildirib ki, bu gün dini durumla bağlı məsələlər sosial şəbəkələrdə, o cümlədən "Facebook"da da çox ciddi müzakirə olunur. O, bu müzakirələrdə bəzi narahatlıq doğuran məqamların olduğunu deyib. Bildirib ki, axşam Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Heydər Mirzə adlı əməkdaşı "Facebook"da "cındır jurnalistlər" deyə bir status yazıb. Bu, çox ciddi müzakirəyə səbəb olub.
"Azərbaycanda rəsmi bir qurumda çalışan bir əməkdaşın, dövlət məmurunun jurnalistə cındır deyə müraciət etməsinin arxasında nə dayanır? Ümumiyyətlə bu adamlar nə demək istəyirlər? Niyə dövlət məmurları siyasi proseslərə belə müdaxilə edirlər və özlərini pis vəziyyətə salırlar", - deyə E. Fətullayev bildirib.
"Qafqazinfo"nun əməkdaşı tədbirdən sonra Eynulla Fətullayevə müraciət edərək Gülər Əhmədovanın ona göstərdiyi Fətullah Gülənlə olan komitə sədrinin kim olduğunu soruşub. Fətullayev deyib ki, bunu zamanı gələndə açıqlaya bilər. Ancaq indiki halda hansısa bir dövlət qurumunu bu məsələ maraqlandırırsa, Gülər Əhmədovanın yeri məlumdu və ondan öyrənə bilərlər.
Son xəbərlər
Son Xəbərlər