Feysbukdan koronavirusla bağlı vacib qadağa

feysbukdan-koronavirusla-bagli-vacib-qadaga
Oxunma sayı: 2854

Dünyanın ən populyar sosial şəbəkəsi feysbuk dünyada yayılan koronavirusla bağlı reklamlara məhdudiyyət qoyacaq.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Feysbuk epidemiya haqqında yanlış informasiya yayan reklamlara qadağa qoyacaq. Məlumata görə, bu qadağa xüsusilə yanlış müalicə metodları təbliğ edən paylaşımlara tətbiq olunacaq.

Qeyd edək ki, feysbuk bu məhdudiyyəti sahibi olduğu İnstaqramda da tətbiq edəcəyini bildirib.

Orxan Məmməd