Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada iranlı həmkarı Abbas Araqçı ilə görüşüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, XİN rəhbərləri Suriyadakı vəziyyəti müzakirə ediblər.
Onlar Astana formatında xarici işlər nazirlərinin görüşündə gündəmə gətiriləcək məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar.