Finalın sonuncu iştirakçıları müəyyənləşir

finalin-sonuncu-istirakcilari-mueyyenlesir
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A, B, C və D qruplarında 8 oyun keçiriləcək. A qrupunda “Mançester Siti” pley-offa vəsiqə qazanmaqçün “Bavariya”nı məğlub etməli və “Napoli”nin İspaniya səfərində xal itirməsini gözləməlidir. B qrupunda “Trabzonspor”, “Lill” və ÇSKA-dan hansının ÇL-də yoluna davam edəcəyi, hansının Avroliqaya vəsiqə qazanacağı bu turda bilinəcək. C qrupunda Mançester Yunayted rüsvay olmamaq üçün “Bazel”lə görüşdən ən az 1 xalla ayrılmalıdır. Əks halda “qırmızı şeytanlar” qrupu adlaya bilməyəcək. D qrupunda isə “Lion” növbəti mərhələyə çıxmaq üçün cüzi şanslarından istifadə etməyə çalışacaq. Bunun üçün fransızlar “Dinamo”ya qalib gəlməli, “Ayaks”ın “Real”a məğlub olmasını gözləməli və “Ayaks”la aralarında olan 7 topluq saldo fərqini “əritməlidir”.
A qrupu

23:45. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya)
23:45. "Vilyareal" (İspaniya) – "Napoli" (İtaliya)

B qrupu

23:45. "İnter" (İtaliya) - CSKA (Moskva, Rusiya)
23:45. "Lill" (Fransa) – "Trabzonspor" (Türkiyə)

C qrupu

23:45. "Bazel" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)
23:45. "Benfika" (Portuqaliya) - "Otselul" (Rumıniya)

D qrupu
23:45. "Ayaks" (Hollandiya) - "Real" (Madrid,İspaniya)
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Lion" (Fransa)

Ceyhun Əhmədov