Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə səs verdi

finlandiya-parlamenti-nato-ya-uzvlukle-bagli-teklife-ses-verdi
Oxunma sayı: 1122

Finlandiya parlamenti ölkənin NATO-ya üzv olması ilə bağlı təklifə səs verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, 200 millət vəkilinin 188-i təklifin lehinə səs verib.

Bildirilir ki, səsvermənin keçirilməsinə səbəb “Sol qüvvələrin ittifaqı”nın deputatı Markus Mustayarvinin NATO-ya qoşulmaqdan imtina ilə bağlı cavab təklifi irəli sürməsi olub. Sözügedən təklif millət vəkillərinin əksəriyyəti tərəfindən rədd edilib.