Fransalı MMA döyüşçüsü intihar etdi

fransali-mma-doyuscusu-intihar-etdi
Oxunma sayı: 1275

Fransalı MMA döyüşçüsü Pyer Lüdet intihar edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onun meyiti Marseldəki evində tapılıb.

22 yaşlı Lüdetin silahdan açılan atəşlə canına qəsd etdiyi bildirilir.

Qeyd edək ki, adıçəkilən idmançı peşəkar karyerasına 2017-ci ildə başlayıb. O, Fransa milli polis qüvvələrində çalışırdı.