Fransanın müdafiə naziri ilk dəfə Ermənistana gedir

fransanin-mudafie-naziri-ilk-defe-ermenistana-gedir
Oxunma sayı: 1293

Fransanın müdafiə naziri Sebastyan Lekornu Ermənistana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə RTL radiostansiyasının efirində bildirib.

Nazir qeyd edib ki, Fransa Ermənistanın müdafiə potensialını artırmaq üçün ona dəstək vermək öhdəliyi daşıyır: “Söhbət zenit sistemlərinin və zirehli texnikanın tədarükündən gedir, amma yalnız müdafiə məqsədi ilə”.

“France-Presse” agentliyinin məlumatına görə, fransalı nazirin İrəvana səfəri fevralın 22-23-ü baş tutacaq. 

Qeyd edək ki, S.Lekornu Ermənistana səfər edəcək Fransanın ilk müdafiə naziri olacaq.