“Qarabağ”ın sabiq müdafiəçisi Dani Bolt Malayziyanın “Johor Darul Ta'zim” klubunun heyətində ilk qoluna imza atıb.
“Qafqazinfo” xəbər verir ki, braziliyalı futbolçu Malayziya FA Kubokunun I turunda səfərdə “Damansara” komandasının qapısına yol tapıb.
Meydana əsas heyətdə daxil olan 26 yaşlı cinah müdafiəçisi qarşılaşmanın 29-cu dəqiqəsində fərqlənərək komandasının ikinci qolunu vurub. Matç “Johor”un 4:1 hesablı darmadağını ilə başa çatıb.
Məlumat üçün bildirək ki, Dani Bolt bu yay “Qarabağ”dan Malayziya təmsilçisinə transfer olunmuş kolumbiyalı müdafiəçi Kevin Medina ilə də komanda yoldaşıdır.
Son xəbərlər
Son Xəbərlər