Gəncədə 70 yaşlı piyadanı maşın vurub öldürdü

gencede-70-yasli-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 2074

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Eminbəyli küçəsində olub. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada - 70 yaşlı Hicran Babayevanı vurub. Sürücü qadını xəstəxanaya çatdırsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli