Gəncədə qadın avtomobili dirəyə çırpdı

gencede-qadin-avtomobili-direye-cirpdi
Oxunma sayı: 1412

Gəncədə qadın sürücü idarə etdiyi avtomobillə qəza törədib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü Nazpəri Erdəmir idarə etdiyi avtomobili dirəyə çırpıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Yunis Quliyev