Gəncədə qaz balonu partlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
Partlayış nəticəsində 1995-ci il təvəllüdlü A. Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
***
“Report”un məlumatına görə, qaz balonunun partlaması nəticəsində daha bir nəfər – 1966-cı il təvəllüdlü Aidə Ələkbərova da xəsarət alıb.