Neftimizin qiyməti 109 dolları ötdü

neftimizin-qiymeti-109-dollari-otdu
Oxunma sayı: 393

Dünya bazarında Azeri Light markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 ABŞ dolları və ya 3,3 % artaraq 109,1 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 105,58 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.