ABŞ Ədliyyə Nazirliyi Kaliforniyanın Fremont şəhərində bir dəqiqə ərzində təxminən 1,7 milyon dollar dəyərində zərgərlik məmulatını oğurlayan quldurların görüntülərini yayımlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə 18 iyun 2025-ci ildə “Kumar Jewelers” mağazasında qeydə alınıb.
Quldurlar mağazadakı malların təxminən 75%-ni ələ keçirə biliblər.
“New York Post” qəzetinin məlumatına görə, dörd şübhəli həbs olunub, lakin quldurların əksəriyyəti hələ də azadlıqdadır.
Son xəbərlər
Son Xəbərlər