İsrail qüvvələri Livanda “Hizbullah”ın iki raket bölməsi komandirini zərərsizləşdirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“İsrail Ordusu Litani çayının şimalındakı əraziyə zərbə endirib və bir raket bölməsi komandirini və “Hizbullah”ın Bədr Xüsusi Qüvvələrinin atəşə nəzarət komandirini öldürüb”, - məlumatda deyilir.
Bildirilir ki, bu komandirlər İsrailə bir neçə raket buraxılışına cavabdehdirlər.
Son xəbərlər
Son Xəbərlər