İran Prezidenti Məsud Pezeşkian fevralın 28-dən bəri davam edən genişmiqyaslı hərbi əməliyyatlar fonunda hökumətin mütləq prioritetlərini elan edib.
“Qafqazinfo” xəbər verir ki, prezident “X” hesabında paylaşdığı mesajında dövlətin hazırkı missiyasını belə xarakterizə edib:
“Bu gün hökumətin ən mühüm vəzifəsi hərtərəfli müdafiəyə zəruri hazırlıqla yanaşı, xalqın işlərinin təşkilidir. Biz bütün lazımi qüvvələrin dəstəyi ilə bu çətin günləri aşmalı və ölkəmizin suverenliyini qorumalıyıq”.
Qeyd edək ki, Pezeşkian bu gün Tehranda, raket zərbələri təhlükəsi altında keçirilən “Qüds günü” yürüşündə iştirak edib. O, yürüş zamanı ABŞ Prezidenti Donald Trampın “təslim olma” tələblərinin xalqı tərəfindən qəbul edilməyəcəyini təkrar edib.
Son xəbərlər
Son Xəbərlər