Bu ərazidə 3 saat işıq olmayacaq

bu-erazide-3-saat-isiq-olmayacaq
Oxunma sayı: 434

Biləsuvar şəhərinin bir hissəsində elektrik enerjisi olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, fasilə ağacların budanması ilə əlaqədar yaranacaq.

Belə ki, Biləsuvarın bir hissəsini elektrik enerjisi ilə təmin edən 10 kV-luq Biləsuvar yarımstansiyasından qidalanan 11 saylı hava xətti üzərində olan abonentlərin elektrik enerjisi ilə təchizatı 14 mart saat 10.00-13.00-a kimi dayandırılacaq.