Türkiyədə 45 illik karyerasını tamamlayan kapitan pilot Akman Sarıhan son uçuşunda sükanı qızı, ikinci pilot Cemresu Sarıhana təhvil verərək təqaüdə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində viral olub.
Uçuş zamanı sərnişinlərə müraciət edən C. Sarıhan bu anın ailəsi üçün xüsusi əhəmiyyətini vurğulayıb:
“Bu gün 12 martdır, sabah isə atamın ad günüdür. Bu tarixi an həm də Mustafa Kamal Atatürkün Hərbi Akademiyaya daxil olmasının ildönümünə təsadüf edir. Mənə səmanı sevməyi öyrədən, bu peşədə mentorluq edən atamla eyni pilot kabinəsini paylaşmaq mənim üçün ən böyük qürurdur”.
Qeyd edək ki, atasının 50 il əvvəl başlayan aviasiya yolçuluğuna toxunan gənc pilot çıxışını “Əziz atam, yaxşı ki varsan, yaxşı ki doğulmusan” sözləri ilə bitirib.
Son xəbərlər
Son Xəbərlər