Gəncədə qazdan partlayış - Fotolar

gencede-qazdan-partlayis
Oxunma sayı: 2821

Gəncədə yaşayış binasında partlayış olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin İsaq Cəfərov küçəsindəki beşmərtəbəli yaşayış binasının Ziyafət Babayevaya məxsus birinci mərtəbədəki evdə baş verib. 

Yanğınla nəticələnən partlayış nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. 

Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. 

Elmar Əli