“Generalın son əmri”

generalin-son-emri
Oxunma sayı: 1795


Teatrdan “Qafqazinfo”ya daxil olan məlumata görə, dramaturq, publisist Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanmış “Generalın son əmri” tamaşasının quruluşçu rejissoru xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada əməkdar artistlər Füzuli Hüseynov (General), Sabir Məmmədov (Oğul nəvə), Dilarə Əliyeva (Qız nəvə), Almaz Amanova (Qisasçı qadın), Ayşad Məmmədov (Cəllad), Hicran Nəsirova (Bibi), Əjdər Həmidov (Polis), Telman Əliyev (Serjant), Sənubər İsgəndərova (Məşuqə), İlham Hüseynov (Şeypurçu əsgər) Pərviz Məmmədrzayev (Fərari) və aktyor Rövşən Kərimduxt (Qonşu oğlan) çıxış edirlər.