Gezeravcıya bu səlahiyyət verildi

gezeravciya-bu-selahiyyet-verildi
Oxunma sayı: 4082

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Kosmik Stansiyada (BKS) missiyasını tamamlayaraq Yerə qayıdan ölkənin ilk astronavtı Alper Gezeravcını qəbul edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Ərdoğan Gezeravcını Türkiyə Kosmik Agentliyinin İdarə Heyətinin üzvü təyin edib.

Həmçinin görüş zamanı Gezeravcı BKS-də keçirdiyi 18 gün ərzində yanında olan Türkiyə bayrağı təsvirli şərfi prezidentə verib. Ərdoğan isə Gezeravcıya saat hədiyyə edib.

Xatırladaq ki, Türkiyənin ilk kosmos sərnişini Alper Gezeravcının da olduğu kosmik gəmi yanvarın 19-u Bakı vaxtı ilə 01:49-da NASA-nın Floridadakı Kennedy Kosmik Mərkəzindən buraxılıb. Heyət fevralın 9-u Yerə qayıdıb.