Ərdoğan Gezeravcını qəbul etdi - Fotolar

erdogan-gezeravcini-qebul-etdi
Oxunma sayı: 2485

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Kosmik Stansiyada (BKS) missiyasını tamamlayaraq Yerə qayıdan ölkənin ilk astronavtı Alper Gezeravcını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. 

Görüş Ankarada Esenboğa hava limanında baş tutub.

Xatırladaq ki, A.Gezeravcının da aralarında olduğu “Axiom-3” komandası fevralın 9-u Yerə qayıdıb.