“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

gicgahimda-gullenin-soyuqlugunu-hiss-edirdim
Oxunma sayı: 352

Hollivud ulduzu Bred Pitt “Esquire” jurnalına müsahibəsində həyatının çətin dövründən danışaraq, bir vaxtlar yaşamaq istəmədiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, aktyor anadangəlmə optimist olduğu üçün belə fikirlərin ona nadir hallarda gəldiyini, lakin bir dəfə dözülməz ağrılar səbəbindən belə bir epizod yaşadığını bildirib.

“Həmin qısa müddətdə mənə elə gəlirdi ki, çıxış yolu yoxdur. Ağrı o qədər dözülməz idi ki... heç bir addım atmaq fikrim yox idi, amma gicgahımda güllənin soyuqluğunu hiss edirdim və bu hiss müəyyən bir rahatlıq gətirirdi. Amma düşünürəm ki, bizdə inanılmaz özünümüdafiə instinkti var. Məndə də bu instinkt dərhal işə düşdü”, – deyə aktyor bildirib.

Pitt əlavə edib ki, belə addım atan insanlar sadəcə ağrıdan qurtulmaq yolu axtarırlar.

Xatırladaq ki, mart ayında “InStyle” nəşri Bred Pittin sevgilisi İnes de Ramon ilə Yunanıstanın İdra adasında istirahət edərkən görüntüləndiyini bəyan etmişdi. Bir qədər əvvəl isə mətbuatda aktyorun sevgilisinin ona qarşı səmimi hisslər bəsləmədiyinə dair iddialar yer almışdı.