“Gömrüyün modern dövlət qulluğuna çevrilməsi əsas məsələdir”

gomruyun-modern-dovlet-qulluguna-cevrilmesi-esas-meseledir
Oxunma sayı: 2094

"Hazırda dövlət rəhbərinin tapşırığına uyğun olaraq gömrük xidmətinin çevik peşəkar və modern dövlət qulluğuna çevrilməsi qarşımızda duran əsas məsələdir".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən "Gömrük Biznes Forumu 2023" tədbirində bildirib. 

Komitə sədri qeyd edib ki, gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi və sahibkarlıq subyekləri ilə vətəndaşların məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, həmçinin gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, daha güclü müasir tədbirlərin həyata keçirilməsi strateji fəaliyyətlər kimi müəyyən edilib: "Xüsusilə qeyd etmək istəyirəm ki, xarici ticarət və biznesin idarə olunmasında mühüm rol oynayan bir neçə alət tərəfimizdən istifadəyə verilib. Gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşviq edilməsi və bunun kimi vacib alətlər artıq istifadədədir. Eyni zamanda, yeni alətlər üzərində də müvafiq işlər həyata keçirilir".

Zaur Mirzə