Göygöldə evdə güclü yanğın - Video

goygolde-evde-guclu-yangin
Oxunma sayı: 999

Göygöldə yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qırıqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakininə məxus 1 mərtəbəli, 8 otaqlı evdə yanğın olub. Əraziyə FHN-in yanğınsöndürən briqadaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan zirzəmidən ibarət 1 mərtəbəli, 8 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 130 m² olan talvarın taxta atmaları və bitişik tikilinin damına yığılan 300 kiloqram ot bağlaması yanıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev