Göygöldə iftar süfrəsi açıldı - Fotolar

goygolde-iftar-sufresi-acildi
Oxunma sayı: 390

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə İmamzadə Ziyarətgah Kompleksinin Dini İcmasının sədri Hacı Tahir Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin rəhbəri Həsən Məmmədov, Seyid Yusif Ağa ocağının davamçısı Hacı Seyid Səbuhi Yusifov, şəhid ailələri, qazilər, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.  

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vüqar Novruzov qonaqları salamlayaraq dövlətimiz tərəfindən dini-mənəvi dəyərlərə böyük önəm verildiyindən, ölkəmizdə dinlər və məzhəblər arasında tolerantlığın və həmrəyliyin nümunəvi səviyyədə olduğundan bəhs edib. Həmçinin qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu qısa müddət ərzində 30 illik işğala son qoyaraq torpaqlarımızı azad edib, şəhidlərimizin qanı yerdə qalmayıb, qisasları alınıb. 

Digər çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. İftar süfrəsində Müqəddəs “Quranı Kərimdən” ayələr oxunub, dualar edilib. Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olması qeyd edilib.