Vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin daha operativ, şəffaf və səmərəli şəkildə qəbul olunaraq həllinə nail olmaq məqsədilə Göygöl Rayon İcra Hakimiyyətində yeni, müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilmiş “Vətəndaşların qəbulu” mərkəzinə baxış keçirilib.
“Qafqazinfo” xəbər verir ki, baxış zamanı mərkəzdə vətəndaşlar üçün yaradılmış rahat və funksional şəraitlə ətraflı tanışlıq olub.
Qeyd edilib ki, mərkəzin fəaliyyəti vətəndaşların müraciətlərinin operativ icrasına, dövlət orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsinə, eyni zamanda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.
Müasir texnoloji imkanlardan istifadə və peşəkar yanaşma vətəndaşların məmnunluğunun artırılmasında mühüm rol oynayır.





Son xəbərlər
Son Xəbərlər