Güclü külək Sumqayıt qatarının hərəkətini dayandırdı

guclu-kulek-sumqayit-qatarinin-hereketini-dayandirdi
Oxunma sayı: 2255

Bakıda güclü külək nəticəsində Bakı-Sumqayıt qatarının hərəkəti dayanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb: “Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır”.

Murad Əhməd