Günün yekunu... - Hazırda Bakı

gunun-yekunu
Oxunma sayı: 7087

Sevgililər Günündə Bakı yollarında sıxlıq var.

“Qafqazinfo” xəbər verir ki, hazırda şəhərin mərkəzi yollarında uzun tıxac hökm sürür.

“Neftçilər” prospekti istiqamətində yaranan tıxacın görüntüsünü təqdim edirik:

***

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda yollardakı vəziyyətlə bağlı məlumat yayıb:

 1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 8. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.