Gürcüstan yenə bu görüşdən imtina etdi

gurcustan-yene-bu-gorusden-imtina-etdi
Oxunma sayı: 2244

Gürcüstan “3+3” regional platforması çərçivəsində İstanbulda keçiriləcək növbəti görüşdə iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayıb. 

“Gürcüstanın “3+3” formatında iştiraka dair mövqeyi dəyişməyib. Gürcüstan sözügedən görüşdə iştirak etməyəcək və bu günə qədər də iştirak etməyib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Türkiyənin XİN rəhbəri Hakan Fidan “3+3” formatında üçüncü görüşün oktyabrın 18-də İstanbulda keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri iclasda iştirak edəcək. 

Onu da qeyd edək ki, platforma çərçivəsində ilk görüş 2021-ci ilin dekabrında Moskvada baş tutub. Bu görüşdə Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin müavinləri iştirak edib. İkinci görüş isə 2023-cü ilin oktyabrında XİN rəhbərləri səviyyəsində İranın paytaxtı Tehranda baş tutub. Gürcüstan hər iki görüşdən imtina edib.