“Gürcüstana o vaxt qayıdacağam ki...” - Saakaşvili

gurcustana-o-vaxt-qayidacagam-ki
Oxunma sayı: 4446

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dönüşünün ölkədə iğtişaş və qarşıdurmaya səbəb olmayacağı zaman vətəninə qayıdacağını açıqlayıb.

“Qafqazinfo”  “RİA Novosti”yə istinadən xəbər verir ki, sabiq prezident hakimiyyətə sülh yolu ilə gəlmək istədiyini deyib:

“Çoxu məndən soruşur ki, Gürcüstana nə vaxt qayıdacam. Mən bu şərtlə qayıdacağam ki, qayıdışım iğtişaş və qarşıdurmaya səbəb olmayacaq. Hər şeyin dinc yolla baş verməsi çox vacibdir. Çünki öz dövrümdə hakimiyyəti dinc yolla təhvil verdim və indi qarşıdurma yolu ilə hakimiyyətə gəlməyi, həqiqətən, planlaşdırmıram”.

Saakaşvili keçmiş partiyası “Vahid Milli Hərəkatı”ın onun ölkənin Baş Naziri postuna namizədliyini irəli sürmək qərarını alqışladığını və maksimum iki ilə bu vəzifədə qalmağa hazır olduğunu əlavə edib:

“Milli hərəkat və bir sıra vətəndaşlar mənim Gürcüstanın Baş Naziri olmağım məsələsini ortaya qoydu. Mən bu haqda düşünürəm və bildirmək istəyirəm ki, bu funksiyanı üzərimə götürməyə hazıram, ancaq bunu hakimiyyətə gəlmək, hakimiyyətdən ötrü darıxdığım üçün etmirəm. Mən tam müddətdə baş nazir olmaq istəmirəm, maksimum 2 il. Bu 2 il Gürcüstanı bataqlıqdan çıxarmağa və irəli aparmağa bəs edəcək”.

Keçmiş prezident “Gürcüstanın xilası” üçün müxtəlif insanlarla 7 gün 24 saat işləməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.