Gürcüstanın həbsdə olan sabiq Baş Naziri azadlığa çıxdı - Foto

gurcustanin-hebsde-olan-sabiq-bas-naziri-azadliga-cixdi
Oxunma sayı: 1262

Gürcüstanın sabiq Baş Naziri və keçmiş Daxili İşlər naziri Vano Merabişvili 6 il 9 ay davam edən həbs müddətindən sonra azadlığa çıxıb.

“Qafqazinfo”nun “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, Merabişvilini həbsxana qarşısında “Milli Hərəkat”, “Avropa Gürcüstanı” və bir sıra digər müxalifət partiyalarının liderləri və fəalları qarşılayıb.

Xatırladaq ki, Merabişvili 2013-cü ilin mayında həbs edilib. Ona qarşı 6 cinayət işi üzrə ittiham qaldırılıb.

Eks-Baş Nazir şərabçılıq zavodunu qanunsuz ələ keçirməkdə, 26 may 2011-ci ildə Tiflisdə mitinqi dağıtmaqda, 2012-ci il parlament seçkilərindən əvvəl seçicilərə rüşvət verməkdə, 2005-ci ildə deputat Valeriy Qelaşvilinin döyülməsində və 2006-cı ildə Sandro Qirqvilianinin öldürülməsində təqsirli bilinib.