Gürcüstanın “Birinci kanalı”nda yayımlanan “Ranina” uşaq istedad şousunun efirində Azərbaycan mahnısı səslənib.
“Qafqazinfo” xəbər verir ki, şounun 11 yaşlı iştirakçısı Oto Bazeraşvili Xalq artisti Polad Bülbüloğlunun repertuarına müraciət edib və “Aman, aman ayrılıq” mahnısını Azərbaycan dilində ifa edib.
Bazeraşvilinin çıxışı layihənin münsif heyəti tərəfindən 10 xalla qiymətləndirilib, zalda isə gur alqışlarla qarşılanıb.