“Qafqazinfo” xəbər verir ki, Şahin İsayevin Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələri əldə etmə, saxlama və ya satma ) ve 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya satma ) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxısı yekunlaşıb.
Şahin İsayev "Cəlil" adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək Azərbaycana narkotik maddəlləri qaçaqmalçılıq yolu ilə gətirmək barədə razılaşıblar. 2013-cü il noyabrın 20-də "Cəlil" gömrük nəzarətindən kənarda narkotiki Biləsuvar rayon ərazisinə keçirəndən sonra İsayevə xəbər verib ki, Ələt-Astara magistral yolunun Biləsuvar rayonun girəcəyində, iri daşın arxasına üzrərində "Mohsen" sözü yazılmış torba qoyulub.
Ayın 21-də gecə saat 24 radələrində Şahin deyilən yerə gələrək, içində 1 kg 990 qram həşiş ve 5 kg 505 qram tiryək olan çantanı götürüb və yol maşınlarından biri ilə
Bakıya qayıdıb. Həmin torbanı 4-cü mikrorayonda, A.Məhərrəmov küşəsindəki 64 saylı evin yaxınlığındakı tikiliyə gətirib və orada hasarın dibində gizlədib.
Səhərisi gün Şahin İsayev özünü "Hacı" kimi təqdim edən şəxsə sözügedən narkotik maddəni 10.000 dollara satarkən DİN Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə prosesində İsayev özünü təqsirli hesab edib.
Məhkəmənin hökmü ilə Ş.İsayev cəzasını ciddi rejimli cəza çəkmə müəssəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Ceyhun
Son xəbərlər
Son Xəbərlər